Qadınlar bunu etsə, 2 il həbs olunacaqlar

İtaliyada surroqat analığı universal cinayət hesab edən qanun layihəsi qanuna çevrilib.

Qanunun məqsədi italyanların surroqat analıq üçün xaricə getməsinin qarşısını almaqdır.

İtaliyada surroqat analığın universal cinayət olduğunu qeyd edən qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilərək qanuna çevrilib.

Surroqat analıq İtaliyada 2004-cü ildən cinayət hesab olunduğu üçün bu qanun layihəsinin məqsədi insanların bu əməl üçün xaricə getməsinin qarşısını almaqdır. Yeni qanunla müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanlar 2 il həbs və 1 milyon avroya qədər pul cəzası ilə mühakimə olunacaqlar./Yenisabah.az

17.10.2024 18:07
828