Qadının çantasını almağa cəhd göstərən 66 yaşlı şəxs saxlanılıb

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

17.11.2022 14:55
523