“Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə həyata keçirilir

Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın təşəbbüsləri: tarixi irs ” adlı layihə həyata keçirir.

Musavat.com xəbər verir ki,  layihə çərçivəsində tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış qadın şəxsiyyətlərimiz haqqında sayı beş olmaqla qısa film  çəkiləcəkdir.

Eyni zamanda yenə də sayı beş olmaq şərti ilə elmi-kütləvi formatda  məqalə hazırlanaraq yayımlanması nəzərdə tutulub.

 

 

10.05.2024 10:36
101