Qadın saç ustaları müştəriyə görə dava etdilər - ANBAAN VİDEO

Türkiyənin Adana şəhərində qadınlar arasında dava baş verib. 

Musavat.com xəbər verir ki, hadisə gözəllik salonunda işləyən qadınlar arasında baş verib. 

İki iş yerinin qadın işçiləri arasında müştəri məsələsinə görə mübahisə düşüb. Qadın saç ustalarından biri polisə şikayət etdikdən sonra polislər digər saç ustası haqqında işdən uzaqlaşdırmaq qərarı verib. Bu vəziyyətə qəzəblənən qadın iş yerinə basqın edib.

Sözügedən hadisənin görüntüləri ərazidəki insanlar tərəfindən lentə alınıb. 

Musavat.com

30.04.2023 17:43
1062