Qadınların pensiyasına xüsusi əmsalların tətbiqi təklif olunub.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur.
Deputat Vüqar Bayramov təklif edir ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq.
Vüqar Bayramovun sözlərinə görə, bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qaldırılsın.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: