Qadın öz övladı tərəfindən vurulan iynədən şoka düşərək öldü

Bakıda qadın antibiotikdən şoka düşərək ölüb.

Hadisə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Sədaqət Zeynalabdin qızı Bayramova xəstə olduğu üçün öz övladı ona iynə vurub. Bu zaman onun səhhəti daha da ağırlaşıb.

Yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.//Bakupost.az

15.09.2024 02:09
1166