"Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Ermənidən, farsdan betər olub xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman sizin yanınızda olmuşam və siz də buna əsasən bu fikirləri səsləndirmisiz?”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, qalmaqal üçün darıxıb gündəmə gəlmək istəmisiniz yəqin, bunun üçün də ünvan olaraq məni seçmisiz:
"Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa burda, lazımdırsa məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz”.
Qeyd edək ki, müğənni Nigar Süleymanovanın "Dəli divanə” klipi barədə iradlarını bildirərkən Xalq artisti Əbdül Mahmudov belə bir ifadə işlətmişdi: "Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”.