Qadın morqda DİRİLDİ - VİDEO

Mərkəzi Amerika ölkəsi Qvatemalada xəstəxanaya yerləşdirilən gənc qadın 30 dəqiqəlik müdaxiləyə baxmayaraq həyatını itirib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, morqa aparılan qadın 5 saat sonra "dirilib".

Həkimlər bildirib ki, gənc qadın əvvəllər çoxlu qıcolmalar və serebral iflic keçirib.

Qadının yenidən təcili yardıma aparıldığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

22.02.2024 13:44
1456