Qadın məmur ABŞ Dövlət Departamentindən istefa verib

ABŞ Dövlət Departamentinin insan haqları şöbəsinin əməkdaşı, 38 yaşlı Annel Şelin prezident Co Baydenin Qəzza zolağında apardığı siyasətə görə istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

Qəzetə verdiyi müsahibədə Şelin, məqsədinin Yaxın Şərqdə və Şimali Afrikada insan haqlarını inkişaf etdirmək olduğunu söyləyib və bu işin Ağ Evin İsrailə dəstəyinə görə çətinləşdiyini qeyd edib.

Şelin əlavə edib ki, o, Bayden administrasiyasının siyasəti ilə razılaşmadığını müxalifət Teleqram kanalları və digər forumlar vasitəsilə bildirməyə çalışıb, lakin ABŞ-ın İsrailə davamlı silah axını həyata keçirərkən bunun mənasız olduğu qənaətinə gəlib.

“Mən daha öz işimi görə bilmirdim. İnsan hüquqlarını müdafiə etməyə çalışmaq, sadəcə olaraq, qeyri-mümkün hala gəlib”, - Şelin deyib.

“The Washington Post” qəzeti Şelini bu qərarına görə tərifləyib.

Musavat.com

 

29.03.2024 14:04
723