Qadın maşında əyləc əvəzinə qazı basıb marketə daxil oldu

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, "Kia" markalı avtomobilin qadın sürücüsü idarəetməni itirərək Saray MTK binasının 1-ci mərtəbəsində yerləşən "Araz" marketə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, sürücü qaz pedalı ilə əyləci səhv salıb.

22.05.2025 22:03
957