Qadın alverindən 1 milyon qazanıan çete ifşa olunub - fahişələr deportasiya edilib

Türkiyənin Çanaqqala vilayətində 21 əcnəbi qadını fahişəliyə cəlb edən dəstəyə qarşı keçirilən əməliyyatda 2 əcnəbi qadın deportasiya edilib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Çanaqqala vilayətinin polis orqanlarının müvafiq şöbəsinin etika bürosu qrupları 6 aylıq texniki və fiziki təqibdən sonra Türkmənistan və Qırğızıstandan olan 21 qadının cəlb olunduğu fahişələr dəstəsini işdən və himayə edin cinayətkar dəstəni müəyyən edib.

Əməliyyatçılar iyulun 13-də öncədən müəyyən edilmiş ünvanlarda əməliyyat keçirib. Əməliyyatda "Gözəl" ləqəbindən istifadə etdiyi bildirilən Özbəkistan əsilli G.B., D.M. və O.B., E.D.U. tutuub. Şübhəlilərin aylıq qazancının 1 milyon lirə olduğu müəyyən edilib.

Musavat.com

 

15.07.2023 15:23
921