Ankaradan İstanbula iki avtomobillə gələn 5 nəfər 40 min lirə borcu olan Erhan Y.-ni Kasımpaşadakı evinin qarşısından qaçırıb.
Musavat.com xəbər verir ki, pulu ala bilməyən şəxslər Erhan Y.-ni maşında güllələyərək yola atıblar.
Dəhşətli anlar kameraya düşərkən, şübhəlilər Boluda polisə yaxalanıb. Ayağından və çiynindən güllə yarası alan Erhan Y.-nin xəstəxanada həyat mübarizəsi apardığı açıqlanıb.
Musavat.com