Pxenyanda Lavrov başda olmaqla Rusiya nazirləri iclas zalından qovuldu – SƏBƏB

Şimali Koreya rəsmisi Şimali Koreya lideri Kim Çen Indan əvvəl iclas zalına daxil olan Rusiya nazirlərini oradan qovub.

Musavat.com xəbər verir ki, bunu görüşün “Komsomolskaya Pravda” YouTube kanalında canlı yayımının görüntüləri göstərir.

İclas zalında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko, habelə Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev olub. İştirak edənlər arasında Roskosmos korporasiyasının rəhbəri Yuri Borisov da olub.

Rusiya nümayəndə heyətinin üzvləri danışıqlar masası arxasında öz yerlərini tutmağa başlayandan sonra Şimali Koreya rəsmisi onlardan otağı tərk etməyi xahiş edib. Bu tələbin səbəbi ilə bağlı suala cavab olaraq rəsmi cavab verib ki, görüş otağına əvvəlcə Kim Çen In daxil olmalıdır.

Musavat.com

19.06.2024 18:42
6059