Ukrayna və Rusiya nümayəndə heyətlərinin bu gün İstanbulda keçirəcəyi danışıqlardan öncə narahatedici məlumat yayılıb.
Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, danışıqların keçiriləcəyi Çırağan sarayı barədə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı siqnal daxil olub.
Hadisə yerinə dərhal kinoloqlar cəlb olunub və saray ərazisi xüsusi təlim keçmiş itlərin köməyi ilə yoxlanılıb. Axtarışlar nəticəsində təhlükəli heç bir obyekt aşkarlanmayıb.
Bundan əlavə, danışıqları işıqlandıran jurnalistlər üçün də əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub. Məlumata görə, Türkiyə tərəfi media nümayəndələrindən mobil telefonlarını müvəqqəti olaraq təhvil vermələrini tələb edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsdə keçirilən Buxarest Doqquzluğu (B9) zirvəsində Avropa liderlərinə mühüm xəbərdarlıq edib.
O, Rusiyanın bu yay Belarus ərazisindən yeni bir hücuma başlaya biləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu bildirib.
Zelenski çıxışı zamanı Avropa ölkələrinə müraciət edərək deyib: “Kəşfiyyat xidmətlərinizdən soruşun. Rusiyanın bu yay Belarusda nə planlaşdırdığını öyrənin”.
Zelenskinin bu açıqlamaları Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçə biləcəyi ilə bağlı Qərbdəki narahatlıqları artırıb. Ekspertlərə görə, Belarusun potensial cəbhəyə çevrilməsi həm Ukrayna, həm də NATO ölkələri üçün strateji riskləri daha da böyüdə bilər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.