Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İran prezidenti Məsud Pezeşkianla ilk dəfə görüşür.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya liderinin rəhbərinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, tərəflər ikitərəfli məsələləri və Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırırlar.
Rusiya tərəfdən danışıqlarda baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də iştirak edir.
Şahanə Rəhimli
Müsavat.com
@@TVmusavat/98112@@