Putinlə Maskın əlaqəsi varmış: Hər şey ÜZƏ ÇIXDI

Amerikalı sahibkar və milyarder İlon Mask Rusiya prezidenti Vladimir Putinlə mütəmadi olaraq şəxsi mövzuları və biznes məsələlərini müzakirə edir və ABŞ hökumətinin bundan xəbəri var, lakin Maskı məhdudlaşdırmaq hüququ yoxdur.

Bu barədə "Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

“Dünyanın ən varlı adamı ilə Amerikanın ən böyük antaqonisti arasında müntəzəm təmaslar təhlükəsizliklə bağlı narahatlıqları artırır”, - nəşr yazır.

Qeyd olunur ki, Maskın özü Rusiya lideri ilə hər hansı əlaqəni inkar edir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ABŞ-la münasibətlərin həllində vasitəçilik etmək üçün İlon Maskdan heç bir təklif almayıb. (Publika.az)

25.10.2024 19:51
637