Putinin yerində "boş stul" olacaq - Barro AÇIQLADI

Türkiyəyə gəlməklə Zelenski "xoş niyyət" nümayiş etdirib, lakin Putinin yerində "boş stul" olacaq.

Musavat.com xəbər verir ki, bu sözlər Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən səslənib.

O əlavə edib ki, Putin sülh danışıqlarının başlanmasına maneələr yaradır və açıq şəkildə bu danışıqlara başlamağa hazır deyil - hətta Trampın özünün vasitəçi olmaq niyyətini və hazır olduğunu ifadə etməsi prosesə kömək etməyib.

Musavat.com

15.05.2025 15:45
611