"Putin zatən Ukraynaın işğal edilmiş dörd bölgəsinin Rusiyaya birləşdirilməsindən sonra müharibədən çıxmaq istəyir. Rusiya prezidenti dolayısı ilə deyir ki, mən işimi gördüm. Krım məndədir. Donbas, Donetsk və Loqansk, Xarkov, Zaparojye - bunların hamısı birləşdirdim və Rusiya olaraq missiyamı tamamladım"
Musavat.com xəbər verir ki, bunu "TV Müsavat"-ın efirində Sevinc Telmanqızının aparıcılığı ilə yayınlanan "Canlı debat" verilişində Rauf Arifoğlu deyib.
R.Arifoğlu qeyd edib ki, bütün bunlar putin üçün savaşdan çıxış qapısı və ideologiyası idi: "Lakin buna imkan vermədilər. Putinin bütün ümidləri bu qışa idi. İndi isə, Rusiya hər şeyi qurban verə bilər. Təki, müharibədən salamat çıxa bilsin".
Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə:
Musavat.com