Putinin təhlükəli planı: Kritik nöqtədə nüvə silahı yerləşdirildi

Belarus prezidenti Aleksandr Lukaşenko ötən ayın sonunda Rusiyanın ölkəsində taktiki nüvə silahlarının yerləşdirilməsini başa çatdırdığını açıqlayıb.

Bu barədə “The Wall Street Journal” yazır.

ABŞ nəşri bildirir ki, Amerika rəsmiləri bununla bağlı öz kəşfiyyat məlumatlarını tam açıqlamır, Lukaşenkonun blef etməsi mümkündür. Eyni zamanda, ötən ilin iyulunda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat xidməti bəyan etmişdi ki, prezident Vladimir Putinin Belarusa nüvə silahı göndərilməsi ilə bağlı açıqlamalarına şübhə etmək üçün heç bir əsas yoxdur.

ABŞ Elm Adamları Federasiyası açıq mənbələrdən əldə edilən kəşfiyyat məlumatlarını, o cümlədən Belarus Müdafiə Nazirliyinin videogörüntülərini təhlil edərək belə nəticəyə gəlib ki, Litva sərhədindən 40 kilometr aralıda yerləşən Lida aviabazası bu missiya üçün ən çox ehtimal olunan namizəddir.

Nəşr vurğulayır ki, Lukaşenkonun bəyanatı Rusiyanın Qərbə qarşı təhdidlərini gücləndirdiyi vaxtda verilib.

“Putinin Belarusdakı təxribatçı nüvə həmləsi Ukraynadakı təhlükənin nə olduğunu xatırladır”, - WSJ vurğulayır. (Teleqraf.com)

08.01.2024 14:29
1040