Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.
APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Görüş beş saatdan çox davam edib. Gündəliyə həm ikitərəfli, həm də beynəlxalq mövzular daxil edilib.
Putin və Rəisi Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti də müzakirə ediblər.