Kütləvi məzarlıqlarla bağlı xüsusi fərmanda nə deyilir? Rusiya nüvə müharibəsinə hazırlaşır?
Son günlər Rusiyada Vladimir Putinin 2021-ci ilin dekabrında imzaladığı və 2022-ci ilin fevralın 1-dən qüvvəyə minən kütləvi məzarlıqlarla bağlı dövlət standartlarına dair fərmanı geniş müzakirə olunmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, belə bir standartın məhz müharibə ərəfəsində, müharibədən 3 həftə əvvəl qüvvəyə minməsi Putinin artıq həmin vaxt kütləvi qırğınlara hazırlaşdığına dair iddiaları artırıb. O zaman bu qərara xüsusi əhəmiyyət verilmirdi, lakin zaman keçdikcə tez-tələsik bu cür “ölüm standartlarının” müəyyən edilməsinin təsadüfi olmadığı üzə çıxıb. Hətta bunun Rusiyanın nüvə müharibəsinə hazırlaşmasının göstəricisi hesab edənlər var.
“Rusiya Federasiyasının Milli Standartı – müharibə və sülh dövründə meyitlərin təcili dəfn edilməsi” adlı sənəddə kütləvi məzarlıqların təşkili ilə bağlı ümumi tələblər yer alır. Sənədin bir hissəsi məxfidir və oradakı detalların hamısına giriş yoxdur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.