Putinin Qələbə Paradına bu liderlər qatılacaq - Peskov AÇIQLADI

2025-ci ilin mayında Moskvada keçiriləcək Qələbə Paradına xarici liderlər dəvət olunacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya mayın 9-da keçiriləcək Qələbə Paradına dost olmayan ölkələrin liderlərini dəvət etməyəcək:

"Biz dost olmayan ölkələrin başçılarını dəvət etməyəcəyik. Təbii ki, MDB ölkələrinin rəhbərləri olacaqlar. Orada MDB-nin qeyri-rəsmi sammiti də planlaşdırılır".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ulan-Batorda səfərdə olarkən mayın 9-da keçiriləcək paradda Monqolustan Silahlı Qüvvələrinin də ola biləcəyini, həmçinin bu ölkənin lideri Uxnaaqiyn Xurelsuxun tədbirə dəvət olunduğunu açıqlayıb.

Musavat.com

04.09.2024 09:03
1449