ABŞ və Böyük Britaniyanın müdafiə nazirlikləri xəbərdarlıq edirlər ki, Rusiya aldadıcı manevr edir - qoşunlarını hücumun uğursuz olduğu istiqamətlərdən geri çəkərək yenidən qruplaşdırmağa və Donbas istiqamətinə yönəltməyə hazırlaşır.
Analitiklərin fikrincə, rus qoşunlarının Kiyev vilayətindən geri çəkilməsinin ən böyük səbəbi resuslarının azalmasıdır. Rusiya Kiyevi işğal edə bilməyəcəyini anladığı üçün geri çəkilir. Odur ki, Rusiya “B planı”nı işə salır. Hansı əraziləri işğal ediblərsə, ordunu da ora cəmləyirlər. Krıma quru yolu əldə ediblər, üstəlik, Donbas separatçı bölgəsinin ərazisini genişləndirmək üçün çalışırıar. İndi əsas döyüşlər bu ətrafda keçiriləcək. Bəs, başqa hansı səbəblər var? Müharibə tam dayana bilərmi?
TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində politoloq Murad Sadəddinovla rus ordusunun Kiyevdən çəkilməsi səbəblərini təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com