Vladimir Putin Avropa ölkələrinin Rusiyaya təzyiqlərini artırmaq imkanlarını kökündən azaltmaq üçün onlara qarşı qəti tədbirlər görməyə hazırlaşır.
Bu fikri məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.
Ekspert izaha edib ki, Rusiya lideri Stalinin 20-ci əsrin ortalarında SSRİ-nin geosiyasi rəqiblərə həlledici cavab verdiyi 10 məşhur zərbənin analoqundan istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, bu dəfə Rusiya ali rəhbərliyi əsasən iqtisadi vasitələrdən istifadə edəcək.
Xazinin sözlərinə görə, Putin Avropa iqtisadiyyatının əsl vəziyyətini, oradakı bütün iqtisadi sistemdə ən dərin böhranın nə olduğunu dəqiq bilir. Bu ona hesab etməyə imkan verir ki, Avropaya iqtisadiyyat və maliyyə sahəsində təzyiq edilərsə, onda parçalanma prosesləri başlayacaq.
Ekspert hesab edir ki, əgər Putin əlində olan iqtisadi mexanizmlərdən istifadə etsə, Avropa iqtisadiyyatı çox tez öz ahəngdarlığını itirə bilər.
"Elementləri bir-biri ilə aydın şəkildə qarşılıqlı əlaqədə olan bir böyük iqtisadi sistemin əvəzinə Avropa Birliyi bir neçə ayrı klasterə parçalana bilər. O zaman ümumi Avropa iqtisadiyyatını unuda bilərik. Hər bir ölkə yalnız öz milli maraqlarını güdərək proteksionizmlə məşğul olmağa başlayacaq", - iqtisadçı qeyd edib.
Analitik qeyd edib ki, əslində, bu proses bir çox cəhətdən artıq başlayıb. Getdikcə daha çox Aİ ölkəsi öz daxili valyutalarında ödənişlərə keçmək arzusunu ifadə edir.
Bundan əlavə, hər bir ayrı-ayrı ölkə tərəfindən ümumi xərclərin, o cümlədən ümumavropa təhlükəsizliyinin maliyyələşdirilməsində azalma tendensiyası açıq şəkildə müşahidə olunur. Oradakı ölkələrin hakimiyyət orqanları bu məsələdə ya ABŞ-ın hər cür köməyinə arxalanır, ya da bütün əsas yükü Almaniya və Fransanın üzərinə qoyurlar.
"Həmçinin, Putin avropalı bürokratların mövqeyinə “qaynar” təsir göstərmək əvəzinə, iqtisadi resursdan istifadə etməyə üstünlük verir", - Xəzin hesab edir. Bununla bağlı ekspert bildirib ki, bu gün Rusiyanın Şərqi Avropada hərəkətlərini sürətləndirəcəyini gözləmək lazım deyil. Analitikin fikrincə, indi bunun vaxtı deyil və başqa üsullara əl atmaq lazımdır.
Üstəlik, iqtisadçı bildirib ki, çox yaxın gələcəkdə Avropada sərhəd modeli tətbiq olunmağa başlaya bilər ki, bu modelə görə Şərqi Avropa ölkələrinin əksəriyyəti foreland, yəni hər hansı iqtisadi fəaliyyətin aparılması üçün tamamilə yararsız əraziyə çevriləcək.
"Üstəlik, Avropa qitəsinin bu hissəsinin “azad ov zonasına” çevrilməsi Rusiya tərəfindən deyil, Avrozona şəklində rəqibi aradan qaldırmalı olan Böyük Britaniya və ABŞ tərəfindən həyata keçiriləcək. Beləliklə, bu ssenari həyata keçirilərsə, Putinin “10 Stalin zərbəsi” nəhayət, Avropa güclərinin onsuz da fəlakətli vəziyyətini daha da pisləşdirə bilər", - Xazin yekunlaşdırıb.//publika.az