Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə dünyada böyük əks-səda doğurub.
Musavat.com xəbər verir ki, sözügedən müsahibə jurnalistin yutub kanalında yayımlanıb.
Putin 2 saatdan çox müddətdə 60 sualı cavablandırıb. Onun müsahibəsi zamanı açıqladığı "İstanbul görüşü" detalı diqqət çəkib.
Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Türkiyənin vasitəçi olduğu İstanbul danışıqlarını pozanın Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun olduğunu ifadə edən Putin bunları deyib: “Bu, çox üzücüdür, çünki Ukraynanın dediyi kimi, biz düşmənşiliyi başa vura bilərdik. Əgər Ukrayna danışıqlara razılıq versəydi döyüşlər il yarım əvvəl başa çata bilərdi. Lakin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bunu rədd edib. Cənab Conson indi haradadır? Müharibə davam edir".
Rusiya lideri müahibəsində onu da bildirib ki, o, Britaniyanın keçmiş baş nazirinin Ukrayna hakimiyyətini danışıqlardan niyə çəkindirdiyini bilmir.
Musavat.com