Putinin gəlişi ilə Zəngəzur dəhlizi AÇILIR? - Bakı sakinlərindən SENSASİON cavablar

Putin Bakıdan gedən kimi Rusiyadan sensasion Zəngəzur mesajı gəldi.

Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıdır.

"Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, Baş nazir Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir”, - deyə Lavrov bildirib.

Bəs vətəndaşlarımızın Rusiyadan gələn Zəngəzur mesajından hansı gözləntiləri var?

TV Musavat mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

20.08.2024 19:51
822