Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə təfərrüatları açıqlamadan məlumat verib.
"Səfər təxirə salınıb. Təfərrüatlar hələlik məlum deyil", - agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl “Hürriyet” qəzetinin jurnalisti və CNN Türk televiziyasının köşə yazarı Hande Fırat səfərin ləğv olunduğunu açıqlamışdı.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə TASS-a bildirib ki, Rusiya və Türkiyə prezidentləri arasında təmas üçün hazırlıqlar davam edir, tarixlər razılaşdırılacaq: "Xeyr. Mən səfərin təxirə salındığını təsdiqləyə bilmərəm. Tarixlər açıqlanmayıb".
Musavat.com