"Putini nəinki "Hörümçək toru", heç NATO da dayandıra bilməyəcək" - Bakı sakinlərindən REAKSİYALAR

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Hörümçək Toru” adlandırılan yeni hərbi-siyasi əməliyyatı dünyada diqqətlə izlənilməkdədir. Bu əməliyyat Moskvanın dərinliklərinə qədər uzanan, informasiya, sabotaj və diplomatik vasitələrlə hörülmüş çoxşaxəli bir strategiyadır. Bununla da Kiyev artıq yalnız cəbhə xəttində deyil, Rusiya ərazisinin daxilində də fəallığını artırıb.

İndi əsasən bu suallar var - “Hörümçək Toru” əməliyyatı Rusiya-Ukrayna müharibəsinin taleyini dəyişəcəkmi? Sülh uzaqdadırmı, yoxsa?..

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız video-sorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

05.06.2025 19:06
553