Putinə tərs sual: “İsrail Xameneini öldürsə, reaksiyanız nə olar?” – Cavabı şok etdi - VİDEO

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə jurnalistlərin gözlənilməz, hətta provokativ sualları ilə də qarşılaşıb.

Onlardan biri belə olub:

“Əgər sabah İsrail – ABŞ-ın yardımı ilə və ya onsuz – İranın ali lideri Əli Xameneini öldürsə, sizin və Rusiyanın reaksiyası nə olacaq?”

Putin suala cavabında sərt mövqe bildirib:

“Ümid edirəm ki, bu cavabınız üçün ən doğru reaksiya olacaq: Mən belə bir ehtimalı müzakirə etməyə belə razı deyiləm.”

Rusiya liderinin bu qısa, amma sərt reaksiyası sosial şəbəkələrdə və mediada böyük rezonans doğurub.

 

Musavat.com

19.06.2025 02:29
3699