“Putinə qalib gəlmək lazımdır” – Conson ABŞ-a müraciət etdi

Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ-ı Ukraynanın müharibədə qalib gəlməsi üçün lazım olan bütün zəruri olanları verməyə çağırıb.

Azpost.info bildirir ki, bu barədə Conson Tvitter-də yazıb.

“Putinə qalib gəlmək üçün Ukrayananın bütün lazımi şeylərlə təmin olunmasının tərəfdarıyam. ABŞ bunun üçün çox işlər görüb. Ona görə, mən təşəkkür etmək üçün Vaşinqtona gəlmişəm. Allah Amerikanı qorusun!”-deyə Conson yazıb.

Sabiq baş nazir bildirib ki, Ukraynanı dəstəkləyən respublikaçıların və demokratların həmrəyliyi onu heyrətləndirib.

 

04.02.2023 12:57
706