Putindən VACİB AÇIQLAMA: "Ərdoğan hər şey edir ki..."

Rusiya prezidenti Vladimir Putin ilin yekununa dair konfrasda İsrail - HƏMAS müharibəsindən danışıb.

Musavat.com xəbər verir ki, o, açıqlamalarında Qəzzada yaşanan faciəyə toxunub.

Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələdə aparıcı rol oynadığına diqqət çəkib:

"Ərdoğan Qəzzada baş verən faciəyə diqqət çəkən beynəlxalq ictimaiyyət liderlərindən biridir. O, vəziyyəti yaxşılaşdırmaq və uzunmüddətli sülh şərtləri yaratmaq üçün hər şey edir".

Musavat.com

14.12.2023 15:25
1814