Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Ukraynanın əks-hücumu tamamilə uğursuz olub”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” verilişinə müsahibəsində bildirib.

O, Ukraynanın cəbhənin müəyyən məntəqələrində yeni hücum əməliyyatları hazırladığını söyləyib: “Rusiya rəhbərliyi Ukrayna hərbçilərinin cəbhə xəttinin müəyyən məntəqələrində hazırladığı yeni hücum fəaliyyətlərindən xəbərdardır. Biz bunu görürük, bilirik və buna uyğun reaksiya veririk”. (APA)

15.10.2023 13:45
2715