Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması - Rusiya HAZIRDIR...

Rusiya hər zaman danışıqlara hazır olub və ABŞ, Çin və digər ölkələrin Ukraynadakı münaqişənin ədalətli yolla həllinə yönəlmiş səylərini alqışlayır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə bildirib.

“Biz öz tərəfimizdən danışıqlara hər zaman hazır olmuşuq və ABŞ Prezidenti Donald Trampın, Çin Xalq Respublikasının Sədri Si Cinpin, BRİKS ölkələrinin və digər tərəfdarların Ukrayna böhranının ədalətli, sülh yolu ilə həllinə yönəlmiş səylərini hər cür alqışlayırıq”, – dövlət başçısı vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

19.04.2025 18:25
532