Putindən Ukrayna ilə bağlı SENSASİON AÇIQLAMA: “Rusa nifrəti rəsmi ideologiyaya çevirmişdilər”


Rusiya lideri Vladimir Putin Monqolustanda “Onoodor” qəzetinə müsahibə verib.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Ukrayna ilə bağlı sensasion açıqlamalarla çıxış edib.
O qeyd edib ki, Xruşşov faktiki olaraq Ukraynaya RSFSR-in tərkibində olan Krımı verib:

“SSRİ rəhbərlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri Ukraynanın indiki vəziyyətində mənfi rol oynadı. Uzun illər Donbassda milyonlarla dinc sakin soyqırıma məruz qaldı, ruslara nifrət rəsmi ideologiyaya çevrildi”.

Putin amerikalıların neonasist qrupların köməyi ilə 2014-cü ildə Ukraynada çevriliş təşkil etdiklərinə və bundan sonra Kiyevin bütün siyasətini müəyyən etməyə başladıqlarına diqqət çəkib:

“Neonasist qrupları 2014-cü ildə Ukraynada çevrilişin əsas iştirakçıları oldular, sonra isə Kiyevin hökumət kursunu müəyyənləşdirməyə başladılar”.

Putin qeyd edib ki, Böyük Vətən Müharibəsindən sonra İosif Stalin əvvəllər Polşa, Rumıniya və Macarıstana məxsus olan ərazilərin bir hissəsini Ukrayna SSR-yə verib

Putin eyni zamanda vurğulayıb ki, Rusiya Böyük Vətən müharibəsi illərində Monqolustanın ona göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayır.

“Rusiyada media azaddır, buna Konstitusiya ilə zəmanət verilir. Qərb isə əlverişsiz faktlardan gizlənmək üçün rus jurnalistləri heç bir fərq qoymadan “Kreml təbliğatçıları” kimi qələmə verir”,-deyə Putin bildirib.

Sonda Putin vurğulayıb ki, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün tapşırıqları ardıcıl olaraq yerinə yetirməyə davam edəcəyik.

Musavat.com

02.09.2024 11:30
895