Putindən ŞOK TAPŞIRIQ: "Onları darmadağın edin"

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki mövqelərinə qarşı əməliyyatların sürətləndirilməsi barədə ordusuna tapşırıq verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu açıqlamanı Kurskda keçirdiyi hərbi müşavirədə edib.

"Bizim əsas məqsədimiz Kursk vilayətində möhkəmlənmiş düşməni ən qısa müddətdə tamamilə darmadağın etməkdir", – deyə, o vurğulayıb.

Putin, həmçinin qeyd edib ki, bu əməliyyatların yaxın gələcəkdə uğurla nəticələnməsi vacibdir. Bu gün isə Rusiya Prezidenti Kursk vilayətinə səfər edib.

Musavat.com 

13.03.2025 08:25
1622