Musavat.com xəbər verir ki, V. Putin Rusiyanın NATO-ya hücum etmək istədiyi barədə bəyanatları cəfəngiyyat adlandırıb: “Onlar tamamilə axmaqdır, dəlidir, yoxsa nə?”
Birləşmiş Ştatlar imperiya statusunu saxlamaq üçün böyük vəsait xərcləyir, lakin bu, sadəcə olaraq “orbitdən çıxmağa” gətirib çıxarır. Proses artıq gedir - birqütblü dünya yoxdur, Rusiya prezidenti vurğulayıb.
V.Putin verdiyi açıqlamada sensasion iddia da səsləndirib: "Ağ Ev Zelenskidən qurtulacaq, onların yeni namizədləri də var."
Musavat.com xatırladır ki, Rusiya prezidenti Vladimir Putin bunları dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
Musavat.com