“Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik?”
Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Rusiya lideri Qarabağdakı sülhməramlıların statusundan da danışıb.
“Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 9 noyabr üçtərəfli bəyanatına əsaslanır. Sülhməramlıların heç bir statusu müəyyən edilmədi. İndi niyə belə olduğunu deməyəcəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənası idi. Ona görə də sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı. Sülhməramlıların hüquqları isə ancaq atəşkəsi rejimini müşahidə etmək və riayət etməkdən ibarət idi. Orada sülhməramlılarımızın başqa heç bir hüququ yox idi. Ancaq atəşkəs rejiminə riayət etmək və müşahidə etmək, bu qədər... Bu vəziyyət müəyyən vaxt davam etdi. 2022-ci ilin payızında Avropa Şurasının sədri Şarl Mişelin himayəsi ilə, Fransa prezidenti Makron, Almaniya Kansleri Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistanın liderləri toplandı və orada bəyanat imzalandı. Həmin bəyanatda Ermənistanın Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıdığı qeyd olunurdu. Bundan əlavə, Ermənistan rəhbərliyi Azərbaycan ərazisini kvadrat kilometrlərlə qeyd etmişdilər, hansı ki, ora sözsüz ki, Qarabağ da daxil idi. Qeyd etmişdilər ki, onlar Azərbaycanın Azərbaycan SSR-in ərazisi çərçivəsində suverenliyini tanıyırlar. Məlum olduğu kimi Azərbaycan SSR-in tərkibinə Qarabağ da daxil idi. Faktiki olaraq başlıca, tamamilə əsas məsələ həll olunmuşdu, hansı ki, bura Qarabağın statusu da daxil idi. Qarabağ öz müstəqilliyini elan edən zaman, heç kəs onun müstəqilliyini tanımamışdı, hətta Ermənistan da... Düzünü desəm, bunu mənə qəribə gəlir. Lakin qərar belə olmuşdu, onlar Qarabağın müstəqilliyini tanımamışdılar. Lakin Praqada onlar tanıdılar ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib. Bundan sonra Azərbaycan prezidenti görüşlərin birində mənə dedi ki, “görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”. Bilirsiz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız. Yəni ki, Qarabağ getdi... İndi bu status haqqında nə istəsən demək olar. Bu, əsas məsələ idi, ötən on illiklər ətrafında hər şey onun (statusun-red) ətrafında fırlanırdı. Bitdi. Ermənistan onu həll etdi. Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik ki?”, - deyə Putin əlavə edib.//APA