Rusiya Ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas regionu üzərində nəzarəti tam ələ keçirməlidir.
Bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev açıqlama verib.
“Xüsusi əməliyyatın təxminən 2 gün əvvəl başlayan fazasında Rusiya Ordusunun əsas hədəflərindən biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarətin əldə olunmasıdır”, - o qeyd edib.
Minnekayev Rusiyanın Donbas üzərindən Krımla quru əlaqəsi yaratmaq istədiyini, Ukraynanın cənubunu nəzarətə almaqla, Dnestryanıya çıxış əldə edəcəklərini qeyd edib.
TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu siyasi ekspert Azad Məsiyevlə Ukraynada müharibənin yeni mərhələsini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com