Rusiyanın birinci dərəcəli vəzifəsi Donbası azad etməkdir. Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivastokda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “Kursk vilayətində vəziyyəti sabitləşdirib və düşməni sərhədyanı ərazilərdən sıxışdırıb çıxarmağa başlayıb”: “Rusiya Silahlı Qüvvələrinin müqəddəs vəzifəsi düşməni Kursk vilayətindən qovmaq və vətəndaşları qorumaqdır.
Kiyev Rusiyanı gərginləşdirməyə, əsəbiləşdirməyə, Donbasda hücumu dayandırmağa vadar etmək istəyirdi, amma heç nə alınmadı. Ukrayna Kursk vilayətinə hücum edərək digər istiqamətlərdə zəiflədi və Rusiya Silahlı Qüvvələrinin hücumu sürətləndi. Rusiyada daxili siyasi vəziyyəti silkələmək mümkün olmadı, cəmiyət birləşdi”.
Onun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinin itkiləri cəbhənin çökməsi və döyüş effektivliyinin itirilməsinə gətirib çıxara bilər ki, Rusiyanın da əldə etməyə çalışdığı budur”.
O, qeyd edib ki, “düşmən həm canlı qüvvə, həm də texnika baxımından çox böyük itkilər verir”, Rusiyada isə guya Müdafiə Nazirliyi ilə müqavilə bağlayanların sayı artıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə regiondakı hadisələri dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat