Rusiya Federasiyası Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır. Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
O, ölkəsinin Ukrayna ilə bağlı sülh danışıqlarında iştiraka hazır olduğunu, lakin İsveçrədəki konfransa dəvət edilmədiyini söyləyib. “Rusiya hazırda Xarkov şəhərini ələ keçirməyi planlaşdırmır”. Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin bildirib. O həmçinin ölkəsinin Silahlı Qüvvələri tərəfindən Xarkovda keçirilən hərbi əməliyyatı Rusiyanın müxtəlif regionlarının atəşə tutulmasına cavab olaraq sanitar zonalar yaratmaq üçün keçirildiyini əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin kəskin fazasına qədər prezident Vladimir Zelenski ilə daim əlaqə saxladığını bildirib. Putin Zelenskinin legitimliyi ilə bağlı sualı şərh edib. Putin hesab edir ki, bu suala Ukraynanın hüquqi və siyasi sistemi, o cümlədən cümlədən Konstitusiya Məhkəməsi cavab verməlidir. Onun sözlərinə görə, Rusiya üçün Zelenskinin legitimliyi məsələsi vacibdir. Rusiya lideri qeyd edib ki, taleyüklü sənədlər qanuni orqanlarla imzalanmalıdır.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: