Putindən Kurskla bağlı SON DƏQİQƏ açıqlaması

Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında deyib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kurska girməsinin, orada qalmasının heç bir hərbi mənası yoxdur:

"Biz onları mütləq şəkildə öz ərazimizdən çıxaracağıq. O ki qaldı dəqiq tarixə, bu barədə heç nə deyə bilmərəm".

Putinin sözlərinə görə, Kursk vilayətinin azad edilməsindən sonra zərər qiymətləndiriləcək.

Musavat.com

19.12.2024 13:46
867