Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib. Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib.
Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT - red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən verilən xəbərə görə, Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub.
Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “İlk növbədə nümayəndə heyətləri yol xəritəsini müəyyən etsinlər. Liderlər daha sonra sammit keçirsinlər”, - formasında idi.
İndi isə müharibəni dayandırmaq üçün Rusiya tərəfinin təklifi: “Əvvəl liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, - formasını alıb.
Mənbə: CNN Türk