Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərqdə sülhü təmin etmək üçün Fələstinə qarşı tarixi ədalətsizliyin bərpası vacibdir.
Musavat.com xəbər verir ki, BRİCS sammitində çıxışı zamanı o, bölgədəki vəziyyətin narahatlıq doğurduğunu və köhnə münaqişənin gərginləşdiyini qeyd edib.
Putin Yaxın Şərqdəki münaqişənin dərinləşməsinin bölgəni genişmiqyaslı müharibə həddinə gətirdiyini vurğulayıb. O qeyd edib ki, Rusiya bu vəziyyətin stabilizasiyası üçün öz töhfəsini verməyə çalışır.