Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ilhaq etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında olub.
Musavat.com bu barədə TASS-a istinadən xəbər verir
Kermlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, V.Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.
Bundan başqa, V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.
Qeyd edək ki bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.
Xatırladaq ki o, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.
Musavat.com