Putin və Paşinyan telefonla danışıblar, Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə ediblər

İyulun 5-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.

V.Putin Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

05.07.2023 17:22
305