Putin Türkiyəyə bu tarixdə gedə bilər

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevral ayında səfər edəcəyi planlaşdırılır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlayıb.

O, hazırda Rusiya liderinin Türkiyəyə səfərinə hazırlıq getdiyini əlavə edib.

Xatırladaq ki, bir müddətdir Putinin Türkiyəyə səfər edəcəyi barədə hər iki ölkə mediasında məlumatlar yayılsa da, səfərin konkret tarixi məlum deyil. Kremlin mətbuat katibi Dmitri Peskov “Shot” teleqram kanalına açıqlamasında Putinin Türkiyəyə səfərinin martda keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta biləcəyini vurğulamışdı.

29.01.2024 17:52
513