Rusiya Prezidenti Vladimir Putin, Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edərkən, Trampa təbriklərini çatdırıb. O, bildirib ki, "Fürsətdən istifadə edərək, onu (Donald Trampı – red.) ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim, biz Amerika xalqının etibar etdiyi istənilən dövlət başçısı ilə işləyəcəyik".
Putin həmçinin Trampın sui-qəsd zamanı nümayiş etdirdiyi davranışdan təsirləndiyini və onu "cəsarətli insan" olaraq qiymətləndirdiyini vurğulayıb.
Rusiya Prezidenti qeyd edib ki, Trampın seçkiqabağı bəyanatları, xüsusən də Ukrayna böhranının sona çatmasına kömək etmək istəyi, diqqətəlayiqdir.
Musavat.com