Putin Trampı aldatdı, Rusiyaya qarşı sanksiyaların bütün mümkün variantlarını nəzərdən keçirir - Bessent  

“ABŞ Rusiyaya qarşı sanksiyaların bütün mümkün variantlarını nəzərdən keçirir, biz onları bu həftə araşdıracağıq”.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Bessent Fox News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Vladimir Putin ABŞ prezidenti Donald Trampı aldadıb və Alyaskadakı görüşdən sonra Ukraynanı atəşə tutub: “Putin Ankoricdəki görüşdən sonra (sonrakı) telefon danışığından sonra, Avropa liderləri və Zelenski Ağ Evdə olarkən hər şeyi vəd etdiyindən, etmək istədiyindən fərqli etdi; əslində, o, bombardmanı alçaq şəkildə artırdı. Beləliklə, düşünürəm ki, Trampla bütün variantlar mümkündür və düşünürəm ki, biz bu həftə onları çox diqqətlə öyrənəcəyik”.

 

Musavat.com

 

01.09.2025 23:58
579