Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Putinlə Tramp arasında telefon danışığının nə vaxt baş tuta biləcəyini açıqlayıb.
Musavat.com-un məlumatına görə, Peskov “Moskva Putin” proqramında deyib ki, Rusiya lideri ilə ABŞ-ın seçilmiş prezidenti arasında təmaslar ola bilər, lakin hələlik bu istiqamətdə heç bir siqnal yoxdur:
"Lazım gəlsə, bütün bunlar çox tez təşkil oluna bilər, məncə, bu ehtiyac yaranan kimi, hər iki tərəfin də bu cür ünsiyyətə ehtiyacı başa düşüləcək".
Musavat.com