Rusiyada Putinyönlü jurnalist Zoya Konovalovanın keçmiş həyat yoldaşı ilə birlikdə evində ölü tapılması ölkədə şok yaradıb.
Musavat.com xəbər verir ki, Konovalovanın zəhərlənmiş ola biləcəyi iddia edilib.
Rusiya İstintaq Komitəsi isə hadisənin şübhəli ölüm olduğunu və zəhərlənmə ehtimalının nəzərdən keçirildiyini bildirib. Cəsədlərin yanında narkotik maddə tapıldığını açıqlanıb.
Konovalovanın yaxınları jurnalistin həyatı boyu narkotikdən istifadə etmədiyini iddia ediblər. Jurnalistin ölümü Putin tərəfdarları arasında müəmmalı ölümlər siyahısına daxil edilib.
Qeyd edək ki, bundan əvvəl də VGTRK-nin (Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti) önəmli simalarından olan aparıcı Vladimir Solovyova qarşı sui-qəsd, Rusiya lideri Putinin sevdiyi qəzetlərdən biri olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsarevanın şübhəli ölümü olub. Tsarevanın keçmiş rəhbəri Vladimir Sunqorkin isə ötən il ürək tutmasından vəfat etmişdi.
Musavat.com